Ali Məhkəmənin yubiley medalı təsis edilib
Tarix: 27-12-2022 12:53 | Bölmə: Gündəm
Ali Məhkəmənin yubiley medalı təsis edilib

Milli Məclis “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalının təsis edilməsi məsələsini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}