Koreyalı müdafiəçi "Bavariya" komandasında oynayacaq
Tarix: 18-07-2023 19:53 | Bölmə: İdman
Koreyalı müdafiəçi "Bavariya" komandasında oynayacaq

Cənubi Koreyalı müdafiəçi Kim Min-jae rəsmən "Bavariya" komandasına keçib. Reyting.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu Münhenə "Napoli"dən keçib. Bundan əvvəl koreyalının fidyəsinin 50 milyon avroya yaxın olduğu bildirilirdi.

Futbolçunun "Bavariya" ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, ötən mövsüm müdafiəçi İtaliya çempionu olub və klubu ilə birlikdə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}