Braziliyalı hücumçu Sankt-Peterburq klubunu tərk edir
Tarix: 26-07-2023 23:36 | Bölmə: İdman
Braziliyalı hücumçu Sankt-Peterburq klubunu tərk edir

"Zenit" komandasının hücumçusu Malkom Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda oynayacaq. Reyting.az xəbər verir ki, bu barədə "Əl-Hilal" klubunun mətbuat xidməti məlumat yayıb.

Hücumçunun Səudiyyə klubu ilə 3 illik müqavilə imzalayacağı və komandada 77-ci nömrə ilə çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, daha əvvəl braziliyalının “Əl-Hilal”a transferinin məbləğinin 60 milyon avro təşkil edəcəyi, bunun yarısının dərhal, qalan hissəsinin isə sonra ödəniləcəyi bildirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}