“Araz-Naxçıvan” daha bir oyunçu ilə anlaşıb
Tarix: 28-07-2023 11:12 | Bölmə: İdman
“Araz-Naxçıvan” daha bir oyunçu ilə anlaşıb

Futzal üzrə “Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb.

Reyting.az
xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxış edəcək komanda braziliyalı Erik Dannilo ilə anlaşıb.

Baş məşqçi Vitali Borisovun istəyi ilə heyətə cəlb olunan futzalçı qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

23 yaşlı “stolb” İspaniyanın “Peniskola” klubunda çıxış edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}