Bakıda daha bir yarış keçiriləcək - 60-dan çox ölkədən idmançının iştirakı gözlənilir
Tarix: 16-08-2023 13:03 | Bölmə: İdman
Bakıda daha bir yarış keçiriləcək - 60-dan çox ölkədən idmançının iştirakı gözlənilir

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək.

Azərbaycan Cüdo Federasiyasından Reyting.az-a verilən məlumata görə, rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirakı gözlənilir. Böyük Dəbilqənin dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}