18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
"Qalatasaray"la "Beşiktaş"ın rəqabəti Ramosu cəsarətləndirib - İndi 12 milyon istəyir
Tarix: 16-08-2023 14:54 | Bölmə: İdman
"Qalatasaray"la "Beşiktaş"ın rəqabəti Ramosu cəsarətləndirib - İndi 12 milyon istəyir

"Qalatasaray"dan sonra "Beşiktaş"ın da "Real"ın əfsanəvi futbolçusu Serxio Ramosu transfer eləmək istəməsi ispan futbolçunun iddiasını artırıb.

Reying.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"da oynamağa müsbət yanaşan Ramos əvvəlcə klubdan 2+1 illik müqavilə və hər ili üçün 5-6 milyon avro maaş tələb edib.

Lakin "Beşiktaş" da ona "elçi" düşdükdən sonra 37 yaşlı müdafiəçi "dəyəri"ni 2 dəfədən çox artırıb. O, indi hər iki türk klubundan hər il üçün 12 milyon avro istəyir. Bu isə "Qalatasaray" və "Beşiktaş"ı yarı yoldan dönməyə məcbur edə bilər.

Xatırladaq ki, Ramosun ərəblərdən də təklif gözləməsi barədə xəbər yayılıb.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}