12:52 / 08-05-2024
Sabah yağış yağacaq
"Mançester Yunayted"in türk qapçısı: "Qalatasaray"la qarşılaşmaq gözəl və fərqli hissdir”
Tarix: 03-10-2023 10:27 | Bölmə: İdman
"Mançester Yunayted"in türk qapçısı: "Qalatasaray"la qarşılaşmaq gözəl və fərqli hissdir”

"Fənərbağça"dan "Mançester Yunayted"ə transfer olunan Altay Bayındır Çempionlar Liqasının qrup oyunları çərçivəsində "Qalatasaray"la qarşılaşma ilə bağlı açıqlama verib.

Reyting.az
-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Altay Bayındır deyib ki, "Qalatasaray"la qarşılaşmaq gözəl və fərqli hissdir:

“Öz ölkənizin komandası ilə oynayırsınız. Onları qonaqpərvərliklə qarşılayacağam. Ölkəmin komandası mənim üçün hər zaman önəmlidir, amma təbii ki, biz qalib gəlmək üçün oynayacağıq. Əminəm ki, "Qalatasaray" azarkeşləri məni anlayacaq və çox yaxşı qarşılayacaq".

24 yaşlı qolkiper "Qalatasaray"ın heyətində oynayarsanmı?" sualına belə cavab verib: "Fənərbağça"nın ürəyimdə çox xüsusi yeri var. Amma axı biz peşəkar oyunçularıq. Elə bir təklif olarsa, hansı qərar verəcəyimzi indidədn deyə bilmərəm".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}