13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb
Tarix: 03-09-2024 23:03 | Bölmə: İdman
Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında qızıl medal qazanaraq yeni dünya rekorduna imza atıb.

Məlumata görə, təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.

11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.

Qeyd edək ki, bundan əvvəl Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.




Bölməyə aid digər xəbərlər