16:39 / 28-11-2024
Sabah qar yağacaq
Tanınmış müğənni ilə "Formula 1" üçün danışıqlar aparılır
Tarix: 05-02-2019 12:25 | Bölmə: İdman
Tanınmış müğənni ilə "Formula 1" üçün danışıqlar aparılır

"Müqavilə müddətinin 5 il yox, 3 il uzadılması "Formula 1" Şirkətlər Qrupunun yeni siyasətidir".

Bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.

O bildirib ki, yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edirlər: "Formula 1"-in indiki məqamda Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda "Formula" simulyator yarışları keçirilib".

A. Rəhimovun sözlərinə görə, "Formula 1" üzrə 2019-cu il Azərbaycan “Qran Pri”sində də bir sıra tanınmış sənətçilər konsert proqramı ilə çıxış edəcəklər: "Hazırda müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədir".

Qeyd edək ki, əvvəlki illərdə Tarkan, Kristina Agilera kimi tanınmış müğənnilər Bakıda konsert proqramı ilə çıxış ediblər.(Report)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər