16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sulşer Rakitiçi “Mançester Yunayted”də görmək istəyir
Tarix: 13-05-2019 19:35 | Bölmə: İdman
Sulşer Rakitiçi “Mançester Yunayted”də görmək istəyir

“Mançester Yunayted” yarımmüdafiəçi İvan Rakitiçin keçidi ilə bağlı “Barselona” ilə danışıqlar aparmaqda davam edir.

Reyting.az bildirir ki, bundan əvvəl “İnter”in 32 yaşlı xorvatiyalını oyunlardan birində izlədiyi və Milan komandasının futbolçu üçün 43 milyon avro təklif etdiyi xəbəri yayılıb.

KİV-lərdəki xəbərə görə, “Mançester Yunayted”in baş məşqçisi Uke Qunnar Sulşer Rakitiçin transferin təkid edir.

46 yaşlı norveçli mütəxəssis komandanı tərk edən Ander Erreraya tam dəyərli əvəz tapmağı planlaşdırır.

Rakitiç bu mövsüm “Barselona”da 52 oyun keçirib, 5 qol vurub, 9 məhsuldar ötürmə verib.

Transfermarkt.de portalı Rakitiçin transfer qiymətini 50 milyon avro dəyərləndirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}