Mbappe PSJ-ni tərk etmək qərarına gəlib
Tarix: 05-06-2019 18:32 | Bölmə: İdman / Xəbərlər
Mbappe PSJ-ni tərk etmək qərarına gəlib

PSJ-nin hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində klubunu dəyişməyi planlaşdırır.

Reyting.az bildirir ki, fransalı komandanın ştatlı onbirmetr cərimə zərbəsi vuranı olmasını istəsə də, buna imkan verməyən baş məşqçi Tomas Tuxeldən narazıdır.

Mbappe düşünür ki, məhz buna görə “Qızıl top” uğrunda mübarizədə Lionel Messiyə uduzub.

Digər məlumata görə, 20 yaşlı futbolçu özünü PSJ-nin lideri hiss etmir və hesab edir ki, tərəfdaşlarının çoxu onun çıxışını qiymətləndirmirlər.

Bildirilir ki, atası Vilfrid Mbappe Sürixdə dünya futbolundakı nüfuzlu adamla görüşərək oğlunun digər kluba transferinin mümkünlüyünü müzakirə edib.

Mbappe ötən mövsüm 43 oyunda 39 qol vurub və 17 məhsuldar ötürmə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}