16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İdmançımız britaniyalı döyüşçünü nokauta salıb - Video
Tarix: 07-12-2019 22:57 | Bölmə: İdman / Xəbərlər
İdmançımız britaniyalı döyüşçünü nokauta salıb

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşünü keçirib.

Reyting.az
Apasport-a istinadla xəbər verir ki, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdəki ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.

Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb.

33 yaşlı M. Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}