"Qəbələ"nin yeni sponsoru müəyyənləşib - Dəyişiklik
Tarix: 19-12-2019 14:41 | Bölmə: İdman / Xəbərlər
"Qəbələ"nin yeni sponsoru müəyyənləşib

"Qəbələ" İdman Klubunun yeni sponsoru müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bundan sonra əyalət təmsilçisini "Jalə" şirələri maliyyələşdirəcək.

Qeyd edək ki, dDaha öncə klubun əsas sponsoru "Gilan Holdinq" idi.

"Qəbələ" İdman Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayında – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}