Azyaşlı qızlar "Zirə"nin futbolçusunu qarət edib - Bakıda
Tarix: 21-12-2019 12:34 | Bölmə: İdman / Xəbərlər
Azyaşlı qızlar "Zirə"nin futbolçusunu qarət edib

Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N. Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlandığını bilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri - 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvane "Zirə" futbol klubunun oyunçusudur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}