Futbol Assosiasiyası "Mançester Yunayted"i cərimələyib
Tarix: 24-01-2020 21:07 | Bölmə: İdman
Futbol Assosiasiyası "Mançester Yunayted"i cərimələyib

İngiltərə Futbol Assosiasiyası "Mançester Yunayted"i 20 min funt sterlinq məbləğində cərimələyib.

"Sky Sports"ın xəbərinə görə, buna komandanın futbolçularının Premyer Liqanın 23-cü turunda "Liverpul"la matçda etdiyi hərəkət səbəb olub. Oyunçuların sakit davranış sərgiləmədiyi bildirilib.

Belə ki, "Liverpul"un futbolçusu Roberto Firminonun birinci hissədə vurduğu qoldan sonra "qırmızı şeytanlar"ın oyunçuları görüşün hakimi Kreyq Pousonu mühasirəyə alıblar. R. Firminonun sonra qolu ləğv olunub.

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}