09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
 Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılib - Rəqiblər
Tarix: 28-02-2020 16:22 | Bölmə: İdman
 Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılib - Rəqiblər

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib.

Türkiyə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"inə rəqib olub. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"u isə Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. 

1/8 final mərhələsində görüşəcəklər:

"Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

"Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

"Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)

"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi - "Bazel" (İsveçrə)

LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)

Qeyd edəki ki, 1/8 final mərhələsində ilk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər