Teymur Rəcəbov: "İddiaçılar Turnirindən imtinamın şəxsi səbəbi yoxdur"
Tarix: 06-03-2020 14:01 | Bölmə: İdman
Teymur Rəcəbov: "İddiaçılar Turnirindən imtinamın şəxsi səbəbi yoxdur"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirindən şəxsi səbəblərə görə imtina etdiyinə dair xəbərlərə aydınlıq gətirib.

Reyting.az
xəbər verir ki, o, "İnstagram" səhifəsində turnirdən çıxmasının şəxsi səbəblərlə əlaqədar olmadığını vurğulayıb: "Əziz həmvətənlər, şahmat həvəskarları, şahmat ictimaiyyəti, həmkarlar və dostlar, turnirdən çıxmağım üçün şəxsi səbəblərim yoxdur. FIDE-yə göndərdiyim məlumat və onların cavabı ilə bağlı tezliklə açıqlama verəcəyəm".

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}