09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Azərbaycan taekvondoçuları 7 medal qazanıb
Tarix: 08-03-2020 02:00 | Bölmə: İdman
Azərbaycan taekvondoçuları 7 medal qazanıb

Niderlandın Eydhoven şəhərində taekvondo üzrə “Dutch Open” turniri keçirilib.

Reyting.az
xəbər verir ki, Azərbaycan millisi G1 kateqoriyalı yarışda 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Sayca 47-ci dəfə təşkil olunan ənənəvi Niderland açıq çempionatında Qaşım Maqomedov (58 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (+87 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gəliblər. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) finalda məğlub olaraq, gümüş medal qazanıblar. Bəhruz Quluzadə (54 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq, üçüncü yerlə kifayətlənib.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə komandamız bir həftə sonra Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanacaq. Taekvondoçularımız martın 14-15-də burada keçiriləcək G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.(ApaSport)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər