Maurinyo: “Mən məğlubiyyətdən sonra bir dəfə ağlamışam”
Tarix: 02-05-2020 21:41 | Bölmə: İdman
Maurinyo: “Mən məğlubiyyətdən sonra bir dəfə ağlamışam”

Londonun “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo məğlubiyyətdən sonra yalnız bir dəfə ağladığını açıqlayıb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərinə görə, bu, 2012-ci ildə Çempionlar liqasının yarımfinalında Münhenin “Bavariya” klubuna qarşı oyundan sonra olub.

Maurinyo o vaxt “Real”ın baş məşqçisi idi və komandası onbirmetrlik zərbələrlə məğlub olub.

“O vaxt Ronaldu, Kaka və Serxio Ramos zərbəni dəqiq vura bilmədilər, onlar da insandır. Həmin gecə məşqçilik karyeramda bir dəfə ağlamışam. Çox ağır an idi”, - Mourinyo vurğulayıb.

Xatırladaq ki, Mourinyo “Real” ilə İspaniya çempionu olub, ölkə Kubokunu və Superkuboku qazanıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər