PSJ iki ulduz futbolçunun birindən imtina edəcək
Tarix: 03-05-2020 19:41 | Bölmə: İdman / Xəbərlər
PSJ iki ulduz futbolçunun birindən imtina edəcək

Belə görünür ki, “Pari Sen Jermen” (PSJ) klubunun sahibi olan şeyxə də koronavirus təsir edib.

Reyting.az
bildirir ki, “La Cuatro” nəşrinin məlumatına görə, Fransa nəhənginin sahibi yaxın transfer pəncərəsində pandemiyanın ortaya çıxardığı iqtisadi zərərin öhdəsindən gəlmək üçün super ulduzlarından birini – Kilian Mbappeni, yaxud Neymarla vidalaşmağa hazırdır.

PSJ bir neçə gün əvvəl Fransa çempionu elan edilib, Liqa 1-də mövsüm vaxtından əvvəl başa çatıb.

Etibarlı mənbənin məlumatına görə, Fransa çempionatının vaxtından əvvəl başa çatması səbəbindən, parislilər aparıcı futbolçularından birindən imtina etməklə klubun büdcəsində yaranan problemi həll etməyə məcburdur.

PSJ-nin bilet satışından və televiziya yayıma görə 200 milyon avro zərərə düşəcəyi gözlənilir.

Qeyd edək ki, “Transfermarkt”in məlumatına görə, pandemiya səbəbindən planetin ən bahalı oyunçusu, 2018-ci ilin dünya çempionu Kilian Mbappenin dəyəri 180, braziliya Neymarınkı 128 milyon avro qiymətləndirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}