Teymur Rəcəbov yenə heç-heçə edib
Tarix: 06-05-2020 18:15 | Bölmə: İdman
Teymur Rəcəbov yenə heç-heçə edib

Şahmat üzrə Onlayn Millətlər Kubokunda III tura start verilib.

"Report"un məlumatına görə, 2-ci yarış gününün ilk qarşılaşmasında Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ABŞ komandası ilə qarşılaşır.

Azərbaycanlı qrossmeyster ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibi ilə sülh bağlayıb.

T.Rəcəbovun komandası günün 2-ci qarşılaşmasında Rusiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ mayın 9-dək gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}