16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
UEFA prezidenti: "Almaniya hamımız üçün ən yaxşı nümunə olacaq"
Tarix: 07-05-2020 21:36 | Bölmə: İdman
UEFA prezidenti: "Almaniya hamımız üçün ən yaxşı nümunə olacaq"

"Almaniya çempionatının bərpası insanlara nikbinlik verəcək".

Bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

Bundesliqanın bərpasına münasibət bildirən sloveniyalı funksioner bunun əla xəbər olduğunu söyləyib: "Almaniya hökumətinin belə bir qərar verməsi sevindiricidir. Bu qərar futbol federasiyası və siyasətçilər arasındakı konstruktiv dialoqun nəticəsidir. Əminəm ki, həyəcan, duyğu və gözlənilməzliyi ilə futbolun həyatımıza qayıdışı ilə əlaqədar Almaniya hamımız üçün ən yaxşı nümunə olacaq".

Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Almaniya Bundesliqası mayın 16-da "Borussiya" (Dortmund) - "Şalke" derbisi ilə başlayacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}