El-Klasikoda terror aktı planlaşdıran şəxs həbs olunub
Tarix: 14-05-2020 19:04 | Bölmə: İdman
El-Klasikoda terror aktı planlaşdıran şəxs həbs olunub

Ötən ilin dekabrında keçirilən "Barselona" - "Real Madrid" oyunu zamanı insanlara silahlı hücum planlaşdıran şəxs həbs olunub.

"La Sexta" xəbər verir ki, Mərakeş əsilli terrorçu mayın 8-də saxlanılıb.

O, öz ifadəsində bildirib ki, terror aktını dron vasitəsilə törətmək istəyib. Buna baxmayaraq, pilotsuz təyyarəni tapmaq mümkün olmayıb.

Müstəntiqlərin sözlərinə görə, həmin şəxs son 4 ildə terror təşkilatlarından biri ilə sıx əlaqədə olub. Son vaxtlar isə diqqət cəlb ertməmək üçün daha az fəaliyyət göstərib.

Qeyd edək ki, dekabrın 18-də "Nou Kamp"da baş tutan El-Klasiko qolsuz başa çatıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər