Ölkələrdən birində azarkeşlərin stadionlara gəlməsinə icazə verildi
Tarix: 29-05-2020 14:50 | Bölmə: İdman
Ölkələrdən birində azarkeşlərin stadionlara gəlməsinə icazə verildi

Macarıstanın Futbol Fedrasiyası mayın 28-dən azarkeşlərə ölkə çempionatının oyunlarına gəlməsinə icazə verib.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, son qərarı hər klub müstəqil verəcək, lakin fanatların stadionlara burxaılacağı halda məsafə qaydalarına əməl olunması vacibdir: tribunalarda insanlar arasındakı məsafə saxlanılmalıdır.

Macarıstan çempionatı mayın 23-də 1-ci turdan təxirə salınan “Ferentsvaroş”-“Debrentse” (2:1) oyunu ilə bərpa olunub. Ayın 27-də isə tanınmış ukraynalı məşqçi Sergey Rebrovun yetirmələri daha bir təxirə salınmış oyunda “Uypeşt”i 1:0 hesabı ilə məğlub ediblər.

“Ferentsvaroş” turnir cədvəlinin lideri kimi qalır və yaxın izləyicisi “Fexervar”ı 9 xal qabaqlayır. Üçüncü sırada “Mezokoveşd”dir.

Bundan əvvəl verilən məlumata görə, Rusiyada da futbol oyunlarının azarkeşlərin iştirakı ilə keçirilməsinə razılıq verilib. Lakin stadionlarda bütün yerlərin 10 faizdən çoxu dolmamalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}