"Real"ın ev oyunları "Santyaqo Bernabeu"da keçirilməyəcək
Tarix: 02-06-2020 12:12 | Bölmə: İdman
"Real"ın ev oyunları "Santyaqo Bernabeu"da keçirilməyəcək

"Real"ın prezidenti Florentino Peres La Liqa yenidən başladığı zaman qalan ev oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcəklərini açıqlayıb.

İspaniya mətbuatının məlumatına görə, o, bildirib ki, stadionda yenidənqurma işlərinə davam edə bilmək üçün bu qərarı veriblər. Klub prezidenti qalan matçların "Real"ın ikinci komandası -"Kastilya"nın ev oyunları keçirdiyi “Alfredo Di Stefano” stadionunda olacağını vurğulayıb.

Bu qərarla "Santyaqo Bernabeu"da yenidənqurma işlərinin 2022-ci ildən tez başa çatacağı gözlənilir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}