FIFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb
Tarix: 04-06-2020 15:17 | Bölmə: İdman
FIFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb

FIFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb.

Məlumata görə, ali futbol qurumu Kazan təmsilçisinə transfer qadağası qoyub.

Səbəb klubun 2018-ci ildə Sloveniya "Olimpiya"sından heyətinə qatdığı xorvatiyalı müdafiəçi Filip Uremoviçin transfer məbləğini qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.

Nəticədə FIFA-ya müraciət edən Lyublyana təmsilçisi "Rubin"in cəzalandırılmasına nail olub.

Qeyd edək ki, Filip Uremoviçin "Rubin"lə 2024-cü ilin yayınadək müqaviləsi var/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər