“Bayer” gənc ulduzunu “Real”a satmaqdan imtina etdi
Tarix: 06-06-2020 18:51 | Bölmə: İdman
“Bayer” gənc ulduzunu “Real”a satmaqdan imtina etdi

Leverkuzenin “Bayer” klubunun məhsuldar hücum edən yarımmüdafiəçisi Kay Haverts Avropanın bir çox nəhənginin diqqətini özünə cəlb edib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın “Real”ı artıq iki dəfə Almaniya klubuna konkret təklif etsə də, imtina cavabı alıb.

Madridlilər Haverts üçün 80 milyon avro təklif edirlər. Lakin “Bayer” razılaşmayıb və “Real”dan 100 milyon tələb edib.

20 yaşlı futbolçu ilə “Bavariya” və “Çelsi” də maraqlanır.

Haverts 2019/2020-ci il mövsümündə 15 qol vurub. Onun Leverkuzen klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}