“Bavariya” səfərdən qələbə ilə qayıdır
Tarix: 06-06-2020 20:52 | Bölmə: İdman
“Bavariya” səfərdən qələbə ilə qayıdır

Almaniya çempionatında 30-cu turun mərkəzi qarşılaşmasında Leverkuzenin “Bayer” klubu turnir cədvəlinin lideri Münhen “Bavariya”sını qəbul edib.

Reyting.az
-ın xəbərinə görə, görüşdə hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. Lukas Alario fərqlənib. 17 dəqiqə sonra Kingsley Koman hesabı bərabərləşdirib.

Münhenlilər 42 və 45-ci dəqiqədə daha iki qol vurublar.

66-cı dəqiqədə Robert Levandovski “Bavariya”nın 4-cü qolunu vurub.

Meydan sahibləri 89-cu dəqiqədə hesab arasındakı fərqi iki topa endiriblər.

Beləliklə, oyun 2:4 hesabı ilə çampionatın liderinin xeyrinə başa çatıb.

Bu gün baş tutan digər oyunların nəticələri belə olub:

“Ayntraxt” – “Maynts” – 0:2

“Fortuna” – “Hoffenhaum” – 2:2

“Leypsiq” – “Paderdon” – 1:1.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}