Ronaldunun dəbdəbəli villasının fotoları yayılıb - Fotolar
Tarix: 06-06-2020 21:03 | Bölmə: İdman
Ronaldunun dəbdəbəli villasının fotoları yayılıb

Turinin “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun Marbelyedəki dəbdəbəli villasının fotoları yayılıb.

Reyting.az
bildirir ki, “The Sun”un məlumatına görə, 4 yataq otağı olan villa hücumçusya 1,5 milyon avroya başa gəlib.

Üzü Aralıq dənizinə tərəf olan ev şəhər ətrafındakı qolf klubun yaxınlığındadır. Futbolçunun sərəncamında məşq zalı, ev kinoteatrı və mənzərəli hovuz da var.

Ronaldunun qonçularından biri UFC döyüşçüsü Konor Makqreqordur.

İyunun 5-də “Forbes” jurnalı Ronaldunun tarixdə milyarder olan ilk futbolçu olduğunu xəbər verib. Onun gəliri milyard dolları keçib.

Hücumçu 17 illik karyerası dövründə müxtəlif klublardakı əmək haqqından 650 milyon dollar qazanıb. O, qalan vəsaiti sponsor müqavilələrindən əldə edib.

Ronaldu beşqat “Qızıl top” mükafatçısıdır, bir bu qədər Çempionlar liqasında qalib olub. O, İngiltərə, İspaniya və İtaliya çempionatlarında da çempion olub. Ronaldu Portuqaliya millisinin heyətində Avropa çempionatında da qalib gəlib.

Ronaldunun dəbdəbəli villasının fotoları yayılıb
Ronaldunun dəbdəbəli villasının fotoları yayılıb
Ronaldunun dəbdəbəli villasının fotoları yayılıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}