Dağıstanlı futbolçular koronavirusa yoluxub
Tarix: 08-06-2020 13:33 | Bölmə: İdman
Dağıstanlı futbolçular koronavirusa yoluxub

Rusiyanın "Anji" klubunun bir neçə futbolçusu koronavirus infeksiyası keçirib.

Bu barədə "RİA Novosti"yə Mahaçqala təmsilçisinin baş direktoru Absalutdin Ağarəhimov məlumat verib.

O, oyunçuların durumlarının ciddi olmadığını söyləyib. Klub rəsmisi heç kimin xəstəxanaya getmədiyini vurğulayıb. Ağarəhimov futbolçuların bəzilərinin temperaturunun qalxdığını, bəzilərinin isə qoxu hissini itirdiyini deyib. O, bütün oyunçuların evdə müalicə olunduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, indiyədək Dağıstanda 5858 koronavirusa yoluxma halı aşkarlanıb, 303 nəfər ölüb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər