FİFA “transfer pəncərəsi” ilə bağlı son qərarını verib
Tarix: 08-06-2020 16:34 | Bölmə: İdman
FİFA “transfer pəncərəsi” ilə bağlı son qərarını verib

FİFA 2020/21 mövsümünün yay “transfer pəncərəsi” ilə bağlı son qərarını verib.

Koronavirus pandemiyası səbəbindən ölkə çempionatları dayandırıldığı üçün ali futbol qurumu transfer dönəminin vaxtını dəyişib.

FİFA bütün federasiyalara fərqli tarix müəyyənləşdirmək imkanı verib. Hər ölkədə 2019/20 mövsümünün sonuna 4 tur qalmış “transfer pəncərəsi” açılacaq. Ancaq rəsmi müqavilələr mövsümə son qoyulduqdan sonra imzalanacaq.

Transfer dönəmi oktyabrın 1-nə qədər davam edəcək. Yəni əvvəlki kimi, klublara heyətlərini gücləndirmək üçün təxminən 12 həftə vaxt veriləcək. FİFA yaxın günlərdə bu qərarı rəsmən açıqlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında iyulun 5-də XXIV turunun matçlarının keçirilməsi planlaşdırılır. Məhz həmin günkü qarşılaşmalardan sonra mövsümün sonuna 4 tur qalacaq və ölkəmizdə “transfer pəncərəsi” açıq elan olunacaq.

ApaSport




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər