Rusiya komandaları icazəsiz yoldaşlıq matçı keçiriblər
Tarix: 08-06-2020 18:02 | Bölmə: İdman
Rusiya komandaları icazəsiz yoldaşlıq matçı keçiriblər

Rusiyanın "Rubin" və "Krılya Sovetov" klubları Kazan şəhərində gizli yoldaşlıq görüşü keçirib.

"Championat" nəşri xəbər verir ki, komandalar yerli hakimiyyətin icazəsini gözləmədən bu addımı atıblar. "Ak Bars Arena"dakı görüşün nəticəsi bəlli deyil.

Komandaların Samarada da üz-üzə gələcəkləri gözlənilir.

Qeyd edək ki, martın 17-də dayandırılan Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər