İtaliya A Seriyasında pley-off sistemi tətbiq oluna bilər
Tarix: 08-06-2020 18:31 | Bölmə: İdman
İtaliya A Seriyasında pley-off sistemi tətbiq oluna bilər

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan İtaliya A Seriyasında reqlament dəyişikliyi ola bilər.

Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yarışı davam etdirmək mümkün olmasa, çempion pley-off sistemi ilə müəyyənləşdiriləcək.

İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}