La Liqa hakimində koronavirus aşkarlanıb
Tarix: 09-06-2020 16:08 | Bölmə: İdman
La Liqa hakimində koronavirus aşkarlanıb

İspaniya La Liqasının oyunlarına təyinat alan futbol hakimi koronavirusa yoluxub. 

Məlumata görə, çempionatın bərpa qərarından sonra əsas hakimlər və onların köməkçiləri testdən keçib. 

Testinin nəticəsi müsbət çıxan ədalət təmsilçisi təcrid olunub. Bir neçə gün ərzində hakimlərdən növbəti dəfə test götürüləcək. 

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}