UEFA-nın Çempionlar Liqası ilə bağlı planı bilindi
Tarix: 10-06-2020 13:36 | Bölmə: İdman
UEFA-nın Çempionlar Liqası ilə bağlı planı bilindi

UEFA İcraiyyə Komitəsinin Çempionlar Liqası barədə planı bəlli olub.

AS nəşri xəbər verir ki, qurum 1/8 final mərhələsinin cavab matçlarını 8-9 avqustda keçirməyi planlaşdırır.

Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacaq. Matçlar "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında baş tutacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}