"Neftçi" "Keşlə"ni məğlub elədi
Tarix: 10-06-2020 20:31 | Bölmə: İdman
 "Neftçi" "Keşlə"ni məğlub elədi

Bu gün "Neftçi" və "Keşlə" komandaları arasında yoxlama oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, qarşılaşmada hesab 10-cu dəqiqədə açılıb. "Ağ-qaralar"ın kapitanı Emin Mahmudov cərimə meydançasında özünə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

28 yaşlı yarımmüdafiəçi cəmi iki dəqiqə sonra hesab arasındakı fərqi artırıb. İlk hissədə başqa qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissəyə "Keşlə" daha yaxşı başlayıb. Bunun məntiqi nəticəsi kimi qonaqlar 65-ci dəqiqədə hesab arasındakı fərqi azaldıblar. Fasilədən sonra meydana daxil olan Aleksandr Kristovao fərqlənib. Oyunda son nöqtəni də "Neftçi" qoyub. Rəhman Hacıyev əsas vaxta əlavə olunmuş üçüncü dəqiqədə hesabı 3:1 edib.

Beləliklə, "Neftçi" koronavirus pandemiyası ilə bağlı karantin dövründə keçirdiyi ilk oyunda qələbə qazanıb.

Günün digər matçlarında "Zirə" evdə "Səbail"lə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşır.

Qeyd edək ki, dünən "Qarabağ" yoxlama oyununda "Sabah"a 5:0 hesabı ilə qalib gəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}