Ronald Kuman koronavirusa yoluxub
Tarix: 15-06-2020 00:30 | Bölmə: İdman
Ronald Kuman koronavirusa yoluxub

Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman koronavirusa yoluxub.

Bu barədə Kumanın həyat yoldaşı Bartin Kuman “Libelle” nəşrinə açıqlamasında deyib. O, özünün və Ronaldın daha əvvəl virusa yoluxduqlarını bildirib:

“Koronavirus testlərimizin nəticələri mənfi olmuşdu. Ancaq sonra qan testi zamanı antikorlara rast gəlindi. Kuman özünü yaxşı hiss edirdi və dostları ilə gəzirdi, velosiped sürürdü. Ancaq sonra evə qayıtdı və halı pisləşdi. Ronaldın atası və dayısı ürək tutmasından vəfat etdiyi üçün onda da ürək problemlərinin ola biləcəyini ehtimal etdim. Daha sonra həkimlər onun infrakt keçirdiyini açıqladı”.

Kuman, mayın 3-də səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. İndi 57 yaşlı mütəxəssisin durumu yaxşıdır. /Qafqazinfo




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər