A Seriyasında yeni mövsümün başlayacağı açıqlanıb
Tarix: 15-06-2020 16:36 | Bölmə: İdman
A Seriyasında yeni mövsümün başlayacağı açıqlanıb

Futbol üzrə İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix bəlli olub.

"Sport Italia" xəbər verir ki, yeni mövsümün startı sentyabrın 12-nə təyin olunub.

Qərar Liqa Şurası tərəfindən iyunun 15-də təsdiqlənəcək.

Martda koronavirus pandemiyası səbəbindən dayandırılan 2019/2020 mövsümü iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər