Azərbaycanda açıq havada idman yarışlarına yenidən qadağa qoyuldu
Tarix: 18-06-2020 19:04 | Bölmə: İdman
Azərbaycanda açıq havada idman yarışlarına yenidən qadağa qoyuldu

Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.

Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər