“Qalatasaray” və "Fənərbaxça" uduzub - Hesab
Tarix: 22-06-2020 09:46 | Bölmə: İdman
“Qalatasaray” və "Fənərbaxça" uduzub

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Reyting.az
xəbər verir ki, ötən gün üç görüş keçirilib. "Fənərbaxça" səfərdə "Kasımpaşa"ya uduzub. Son turda “Rizəspor”a məğlub olan “Qalatasaray” bu turda “Qaziantep”lə qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. "Konyaspor" isə evdə "Sivasspor"la qollu heç-heçə edib.

Bu xal itkilərindən sonra çempionluq yolunda zərbə alan "Qalatasaray" 51 xalla 4-cü pillədə qərarlaşıb.

Lider "Başakşəhər"in 59 xalı var. Bir oyun az keçirilən "Trabzonspor" 56 xalla 2-ci, "Sivasspor" isə 53 xalla 3-cüdür. Avrokuboklara vəsiqə verən zonadan uzaqlaşan "Fənərbaxça" 43 xalla 7-cidir.

21 iyun

"Kasımpaşa" – "Fənərbaxça" - 2:0

Qollar: Tiam, 55. Y.Erdoğan, 90+2.

"Qalatasaray" – "Qaziantep" - 3:3

Qollar: Falkao, 36. Belhanda, 40. Fequli, 66 – Djilobodji, 17. Tvumasi, 78. Maksim, 90+15-pen.

"Konyaspor" – "Sivasspor" - 2:2
Qollar: Şkubiç, 37. Miloşeviç, 44 – Kone, 30. Şkuletiç, 90.

22 iyun

22:00. "Alanyaspor" – "Trabzonspor"
22:00. "Antalyaspor" – "Rizəspor".(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər