Yunanıstan klubu "Qəbələ"nin futbolçusunu heyətinə cəlb etmək istəyir
Tarix: 18-07-2020 11:42 | Bölmə: İdman
Yunanıstan klubu "Qəbələ"nin futbolçusunu heyətinə cəlb etmək istəyir

Yunanıstanın "Apollon Smirnis" klubu "Qəbələ"nin futbolçusu Klesio Bauku heyətinə cəlb etmək istəyir.

"Sportime" nəşri xəbər verir ki, əsas liqaya vəsiqə qazanan Afina təmsilçisinin rəhbərliyi 26 yaşlı yarımmüdafiəçinin ölkəyə uyğunlaşmaqda problem yaşamayacağını hesab edir.

Buna səbəb mozambikli oyunçunun 2016 - 2018-ci illərdə "Panetolikos"da çıxış etməsidir.

Qeyd edək ki, Klesio Bauk 2019-cu ilin yayında "Qəbələ"yə keçib. Onun klubla müqaviləsi başa çatıb. Yarımmüdafiəçi ilə "Zirə" klubu da yaxından maraqlanır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}