Türkiyə Superliqasında qalib bəlli oldu
Tarix: 20-07-2020 00:45 | Bölmə: İdman
Türkiyə Superliqasında qalib bəlli oldu

Türkiyə Superliqasında 2019-2020 mövsümünün qalibi müəyyənləşib.

Reyting.az
xəbər verir ki, 33-cü turda “Başakşəhər” çempion olmasını rəsmiləşdirib.

Ən yaxın izləyicisi “Trabzonspor”un evdə “Konyaspor”a uduzması (3:4) İstanbul klubunun çempion edib. Lakin “Qaradənizlilər” qalib gəlsə belə, Okan Burukun komandası birinci olacaqdı. Çünki "Başakşəhər" bir qədər əvvəl başa çatan görüşdə “Kayserispor”u məğlub edib – 1:0.

Bu nəticə ilə “Başakşəhər”in 69, “Trabzonspor”un 62 xalı olub.

Beləliklə, İstanbul klubu tarixində ilk dəfə çempion olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}