Baş məşqçi komandanı tərk edib
Tarix: 21-07-2020 10:02 | Bölmə: İdman
 Baş məşqçi komandanı tərk edib

İspaniyanın “Leqanes” klubu baş məşqçisi Xavyer Aqirre ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Meksikalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.

Aqirre “Leqanes”ə 2019-cu ilin noyabrında baş məşqçi təyin edilmişdi. Onun komandası mövsümü 36 xalla 18-ci pillədə başa vuraraq La Liqanı tərk edib və növbəti mövsümdən Sequndada mübarizə aparacaq.

Qeyd edək ki, Xavyer Aqirre daha öncə Meksika, Yaponiya və Misir yığmalarını, eləcə də İspaniyada “Atletiko”, “Osasuna”, “Espanyol” klublarını çalışdırıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}