14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Neftçi” üçüncü əcnəbini heyətinə transfer edib
Tarix: 22-07-2020 23:36 | Bölmə: İdman
"Neftçi” üçüncü əcnəbini heyətinə transfer edib

"Neftçi” komandası ardıcıl olaraq üçüncü əcnəbi futbolçunu heyətinə transfer edib.

Klubun məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi Rener Alves de Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb.

19 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Brasilis”in yetirməsi olan Rener Alves de Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza"nın əsas kollektivi ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Onu da qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, həmçinin Cabir Əmirli komandaya transfer edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}