16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çilili və gürcüstanlı futbolçular “Qəbələ”də qalası oldular
Tarix: 23-07-2020 14:29 | Bölmə: İdman
Çilili və gürcüstanlı futbolçular “Qəbələ”də qalası oldular

Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" komandasında iki legioner futbolçunun taleyinə aydınlıq gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

Baxşıyev bildirib ki, yarımmüdafiəçilərdən çilili Rodriqo Qattas və gürcüstanlı Merab Giqauri növbəti mövsümdə də komandada qalacaqlar. Onlar hazırda komanda ilə birlikdədir.

Qeyd edək ki, hər iki futbolçunun daha öncə komandadan ayrılacağı gözlənilirdi. Merab Giqaurinin müqavilə müddəti başa çatmışdı. Rodriqo Qattasın sözləşməsi bitsə də, əyalət təmsilçisi anlaşmanı yeniləmək hüququna malik idi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}