Azərbaycan milli komandasının üzvü vəfat edib
Tarix: 25-07-2020 13:09 | Bölmə: İdman
Azərbaycan milli komandasının üzvü vəfat edib

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze vəfat edib.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qurgenidze son olaraq Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 - 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb. Həmin görüşlərdə Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib - 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.

Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər