Futbolçu "Milan"dan 6 milyon avro istəyir
Tarix: 26-07-2020 10:47 | Bölmə: İdman
Futbolçu "Milan"dan 6 milyon avro istəyir

"Milan" isveçli ulduz futbolçu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, klubun baş direktoru İvan Gazidis, texniki direktoru Paolo Maldini, baş məşqçi Stefano Pioli 38 yaşlı hücumçu ilə danışıqlar aparır.

Bildirilir ki, İbrahimoviç ailəsini Milana köçürməyə hazırdır. Onun meneceri Mino Raiola futbolçu üçün klubdan 6 milyon avro maaş tələb edir. "Milan" isə İbrahimoviçə illik 4 milyon avrodan çox maaş ödəməyə hazırdır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}