Türkiyə Super Liqasında oynayacaq komanda sayı artırılıb
Tarix: 29-07-2020 19:16 | Bölmə: İdman
Türkiyə Super Liqasında oynayacaq komanda sayı artırılıb

Türkiyə Super Liqasında I Liqaya düşən komandalarla bağlı gözlənilməz qərar verilib.

Reyting.az
xəbər verir ki, federasiyanın qərarı ilə bu mövsümdə son 3 pilləni tutan "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" klubları superliqanı tərk etməyəcək.

Bununla bərabər, I Liqadan daha 3 komandanın superliqaya yüksəlişi təmin olunub.

Beləliklə, qarşıdakı mövsümdə superliqada 18 deyil, 21 komanda mübarizə aparacaq.

Qərara görə, 2020/2021 mövsümünün sonunda isə sonuncu 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək. 




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər