UEFA-nın yeni reytinqində Azərbaycanın mövqeyi dəyişib
Tarix: 20-08-2020 10:45 | Bölmə: İdman
UEFA-nın yeni reytinqində Azərbaycanın mövqeyi dəyişib

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin növbəti oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Reyting.az
xəbər verir ki, keçirilən 11 matçın nəticəsi ölkələrin reytinqində dəyişikliklərə səbəb olub. Azərbaycan da ötən günlə müqayisədə iki pillə geriləyib.

Ölkəmiz 14,750 xalla 26-cı yerdə qərarlaşıb. Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi Azərbaycanın geriləməsinə səbəb olub.

Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır.

Xatırladaq ki, "Qarabağ" "Sileks"ə 4:0 hesabı ilə qalib gəldikdən sonra Azərbaycan 24-cü pilləyə yüksəlmişdi.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər