Baş məşqçi: “Azərbaycanlılara qarşı işimiz çətin olacaq”
Tarix: 21-08-2020 11:35 | Bölmə: İdman
Baş məşqçi: “Azərbaycanlılara qarşı işimiz çətin olacaq”

“Komandamın birinci hissədəki çıxışından razı qaldım. Ancaq şansları dəyərləndirə bilmədik”.

Reyting.az
xəbər verir ki, bunu “Keşlə”nin Avropa Liqasının 1-i təsnifat mərhələsindəki rəqibi “Laçi”nin baş məşqçisi Armando Kunqu “Apoloniya” ilə keçirilən yoxlama görüşündən sonra deyib.

Albaniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Panorama" nəşrinə açıqlamasında qısaca olaraq "Keşlə" ilə keçiriləcək oyundan da danışıb: “Bilirik ki, azərbaycanlılara qarşı işimiz çətin olacaq. Amma oyunumuzu emosional yüklər olmadan keçirəcəyik”.

Xatırladaq ki, avqustun 27-də "Ask Arena"da "Keşlə" - "Laçi" oyunu saat 21:00-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}